Uitkoffu Dmitriyev qarşıladı
Dünya
06.08.2025 08:58
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib. Onun bu səfəri Vaşinqtonun atəşkəslə bağlı verdiyi ultimatumun müddəti başa çatmazdan bir neçə gün əvvələ təsadüf edir.
TodayPress TV xəbər verir ki, "TASS" agentliyi Rusiya birbaşa investisiyalar fondu rəhbəri və prezidentin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin Uitkoffu Moskva Vnukovo hava limanında qarşılaması barədə məlumat yayıb.
Uitkoffun Moskvaya son səfəri bu il ərzində sayca beşincidir. O, daha əvvəl – 25 aprel tarixində Moskvada, ondan əvvəl isə 11 apreldə Sankt-Peterburqda səfərdə olub və hər iki halda Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Rusiya ilə Ukrayna arasında sülh prosesində irəliləyiş qeydə alınmasa, Vaşinqton Rusiyaya və onun beynəlxalq sanksiyalara baxmayaraq enerji resursları alan ticarət tərəfdaşlarına qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Uitkoffun bu səfərinin əsas məqsədi də məhz bu məsələlər ətrafında Moskva ilə danışıqlar aparmaqdır.
Qiymət Mahir
tag: Uitkoff,Moskva,Rusiya ,Ukrayna ,Todaypress.tv,