Türkiyənin yeni nəsil bombası dünya gündəmində

Dünya

30.07.2025 12:10

Türkiyənin hazırladığı və “ən güclü konvensional bomba” kimi tanınan “GAZAP” qeyri-nüvə aviabombası dünya mediasında geniş rezonans doğurub.   

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Nəşrin məlumatına görə, “Newsweek” və “The Sun” kimi nüfuzlu media qurumları bombanın dağıdıcı gücünə və Türkiyənin müdafiə sənayesindəki yüksəlişinə diqqət çəkiblər. 

İngiltərənin “The Sun” qəzeti “GAZAP”ı “dünyanın ən dağıdıcı nüvə silahı olmayan bombalarından biri” adlandırıb. Bildirilib ki, bomba yerə atıldığında çılpaq gözlə görünən şok dalğaları və 160 metr diametrində tüstü buludu yaradır.  

Partlama zamanı 10 minə yaxın parça bir kilometrlik əraziyə yayılır və bu da bombanın dağıdıcı təsirini daha da artırır. 

“GAZAP” termobarik bombası, Türkiyənin son illərdə müdafiə sənayesində əldə etdiyi uğurların simvolu kimi qiymətləndirilir. 

Aysel Mətləb

tag: GAZAP,Türkiyə,Bomba,Todaypress.tv,