Türkiyədə “superfırtına” kabusu: Ölən və yaralananlar var

Dünya

04.05.2026 17:13

Türkiyədə baş verən güclü fırtına nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib, xilasedicilər isə təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışır.

İstanbul başda olmaqla ölkənin 43 şəhərində sarı xəbərdarlıq elan edilib. Viranşehir, Birecik və Qaziantep şəhərlərində güclü yağışlar küçələri su ilə doldurub, ağaclar aşıb, avtomobillər su altında qalıb, bəzi evlərə ziyan dəyib.

Digər bölgələrdə isə hava şəraiti kəskin dəyişib. Dənizli, Burdur, Kütahya və Afyonkarahisar qarla örtülüb və məktəblərdə dərslər dayandırılıb.

Şahidlərin sözlərinə görə, bu hava hadisəsi “superhüceyrə” kimi qiymətləndirilir. Bu, eyni anda leysan yağış, güclü külək, tornado və iri dolu kimi təhlükəli hava şəraitlərinin birləşməsi deməkdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Fırtına,Fəlakət,Təbiət hadisəsi,Todaypress.tv,