Türkiyədə güclü zəlzələ oldu
Aralıq dənizində 5,3 maqnitudalı (Mw) zəlzələ olub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Datça rayonu yaxınlığında baş verən zəlzələ ocağı 19.87 km dərinlikdə yerləşib.