Türkiyə: Rusiya-Ukrayna danışıqları daha konstruktiv mərhələyə keçib

Dünya

24.07.2025 09:42

Türkiyə Xarici İşlər naziri Hakan Fidan İstanbulda keçirilən Rusiya-Ukrayna birbaşa danışıqlarının üçüncü raundunu dəyərləndirərək bildirib ki, tərəflər arasında proses daha konstruktiv və nəticəyönümlü istiqamətdə irəliləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Nazir əlavə edib ki, İstanbulda Türkiyənin təşkilatçılığı ilə baş tutan danışıqlarda tərəflərin qarşılıqlı siyasi iradəsini möhkəmləndirən daha bir addım atılıb:

“Müharibənin ilk günündən etibarən sülh üçün səylər göstərən ölkə kimi Türkiyə, Rusiya ilə Ukrayna arasında davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək”.

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, Ukraynanı isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov təmsil edib.

Tərəflər hərbi əsirlərin yeni mübadiləsi və humanitar məsələlərin, o cümlədən işçi qrupları arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Töhfə Səməd

tag: Türkiyə ,Hakan Fidan,Rusiya,Ukrayna,Todaypress.tv,