Türkiyə: Qərb Ukraynadakı məğlubiyyətini etiraf edə bilmir

Dünya

28.06.2025 11:40

Qərb Ukraynada münaqişənin bitdiyini və öz məğlubiyyətini etiraf etməyə qadir deyil.

TodayPress TV xəbər verir ki, bu fikri türkiyəli politoloq, “Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer "RİA"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıqların irəlilədiyini göstərən mühüm əlamətlərdən biri əsirlərin qarşılıqlı mübadiləsidir. O əlavə edib ki, Ukrayna üzrə sülh danışıqlarının yekun mərhələsinin yaxın vaxtlarda Türkiyədə keçirilməsi ehtimal olunur. Ekspertin fikrincə, gələcək sazişin əsas bəndlərindən biri Rusiyaya qarşı sanksiyaların ləğvi olacaq.

“Demək olar ki, biz artıq müharibənin faktiki olaraq Qərbin məğlubiyyəti ilə başa çatdığı bir dövrə daxil oluruq, lakin Qərb bunu açıq şəkildə elan etmək gücündə deyil”, - deyə Özer vurğulayıb.

Töhfə Səməd

tag: Qərb ,Ukrayna,Rusiya,Müharibə,Türkiyə,Danışıqlar,Todaypress.tv,