Trampa məxsus təyyarə qəzadan son anda xilas oldu

Dünya

17.09.2025 15:17

ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə “Spirit Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşmadan son anda yayınıblar.

TodayPress TV xəbər verir ki, Mirorr nəşrinin məlumatına görə, Böyük Britaniyaya uçan prezident təyyarəsinə sərnişin təyyarəsi çox yaxınlaşıb. Hava dispetçerləri dərhal “Spirit Airlines” təyyarəsinin pilotlarına kursu dəyişməyi tapşırıblar. 

Fort Lauderdale-dən Bostona uçan “Spirit Flight 1300” yalnız nəzarətçinin sərt xəbərdarlığından sonra istiqamətini dəyişib.

Qeyd edək ki, iyul ayında CNN Qətərin ABŞ-yə prezident təyyarəsi kimi istifadə olunması üçün Boeing 747-8 bağışlayacağını açıqlamışdı. ABŞ və Qətər arasında imzalanan razılaşmaya əsasən, təyyarənin təkmilləşdirilməsi 400 milyon dollardan az başa gələcək.

Xatırladaq ki, Tramp daha əvvəl ona təqdim olunan təyyarə ilə bağlı suala görə bir jurnalisti “dəli” adlandırmışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Tramp,Təyyarə,Qəza,Xilas,Todaypress.tv,