Tramp və Mask arasında gərginlik artır
Dünya
05.06.2025 09:49
ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın vergi və xərclərlə bağlı qanun layihəsinə sərt tənqidindən sonra səbrini itirir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Maskın “X” sosial şəbəkəsində Trampın “Yeganə, böyük və gözəl” adlandırdığı qanun layihəsini “iyrənc və əxlaqsız” adlandırması prezident və onun baş müşavirlərini ciddi çaşqınlıqda qoyub. Mask layihəni dəstəkləyən konqres üzvlərini də açıq şəkildə qınayıb.
Qeyd olunub ki, bu tənqid Tramp və Mask arasında münasibətləri daha da gərginləşdirib. Gərginliyin fonunda İlon Mask artıq Tramp administrasiyasındakı fəaliyyətini dayandırıb və Dövlət İdarəçiliyinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri postundan istefa verib.
May ayının sonunda yayılan məlumatlara əsasən, Maskın istefası Ağ Evdə büdcə siyasətinə dair ciddi fikir ayrılıqları ilə bağlı olub.
Xatırladaq ki, daha əvvəl də Tramp administrasiyasının İlon Maskdan narazı olduğu barədə xəbərlər yayılmışdı.
Qiymət Mahir
tag: ABŞ , Donald Tramp, İlon Mask,X,todaypress.tv,