Tramp "TikTok"u hədələdi: "Əgər satılmasa..."

Dünya

25.07.2025 09:10

ABŞ prezidenti Donald Trampın administrasiyası "TikTok"un Çinli sahibi "ByteDance" şirkətinə platformanın satışı ilə bağlı bir neçə alıcı namizədi və razılaşma təklifi təqdim edib. Lakin nə Çin hökuməti, nə də şirkət bu təkliflərə hələlik rəsmi təsdiq verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

ABŞ Ticarət naziri Hovard Lutnik "CNBC" telekanalına açıqlamasında bildirib ki, əgər satış prosesində irəliləyiş əldə olunmazsa, "TikTok"un ABŞ-də fəaliyyətinə son qoyulacaq. Onun sözlərinə görə, Vaşinqton yalnız mülkiyyət dəyişikliyi ilə kifayətlənmir, eyni zamanda "TikTok"un alqoritminə çıxış və nəzarət hüququ da tələb edir.

Təklif olunan plana əsasən, "TikTok"un ən azı 50 faizi ABŞ tərəfinə məxsus olacaq, qalan hissə isə "ByteDance" və Çin arasında bölüşdürüləcək. Lakin “ArsTechnica” texnologiya saytı "ByteDance"in alqoritmi paylaşmağa isti yanaşmadığını bildirib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,TikTok,ByteDance,Todaypress.tv,