Tramp Si Cinpinlə qarşılıqlı səfərləri istisna etmir: “Biz yaxşı yola gedirik”

Dünya

05.07.2025 10:35

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasına işgüzar səfər etmə ehtimalını nəzərdən keçirdiyini bildirib. O da istisna edilmir ki, Çin lideri Si Cinpin yaxın gələcəkdə Vaşinqtona səfər edə bilər.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Nyu-Cersi ştatına səfəri zamanı təyyarədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Si Cinpin onu Çinə rəsmi səfərə dəvət edib.

“Amma o ABŞ-yə gələ bilər. Biz bir-birimizi yaxşı anlayırıq”, – deyə Tramp qeyd edib.

Ağ Evin rəhbəri əlavə edib ki, hələlik hansı ölkəyə növbəti səfər edəcəyinə qərar verməyib, çünki demək olar ki, bütün ölkələrdən dəvət alıb, o cümlədən Türkiyədən. Yeganə təsdiqlənmiş səfər hələlik Avropaya nəzərdə tutulub.

Qiymət Mahir

tag: Si Cinpin, Çin,Nyu-Cersi, Vaşinqton,Todaypress.tv,