Tramp Rusiyaya 10 gün vaxt verdi
Dünya
28.07.2025 17:43
ABŞ prezidenti Donald Tramp, Rusiya ilə Ukrayna münaqişəsinin həlli üçün əvvəl təyin etdiyi 50 günlük müddəti 10-12 günə endirəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşdən sonra danışıb.
“İyulun 28-dən etibarən 10-12 günlük yeni müddət təyin edəcəyəm. Gözləməyin mənası yoxdur”, – deyə Tramp bildirib.
Amerika lideri qeyd edib ki, əvvəlki 50 günlük müddət onun tərəfindən səxavətli addım kimi nəzərdə tutulub. Lakin onun sözlərinə görə, hələ də irəliləyiş yoxdur.
Xatırladaq ki, Tramp bundan əvvəl bəyan edib ki, əgər göstərilən vaxt ərzində razılaşma əldə olunmazsa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100% idxal rüsumları tətbiq olunacaq.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Tramp,ABŞ,Todaypress.tv,