Tramp Rusiyanı yeni sanksiya ilə təhdid edir

Dünya

15.07.2025 09:32

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin yeganə həll yolunun “müharibənin davam etdirilməsinin qiymətini artırmaq” olduğunu düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Məlumata görə, Tramp Rusiya liderini sülhə məcbur etməyin yeganə yolu kimi Moskvaya təzyiqləri kəskin artırmağı seçib.

Nəşr qeyd edir ki, bu qərarla Tramp Ukraynanın tarixində həm ümid, həm də təhlükə daşıyan yeni bir səhifə açıb.

ABŞ prezidenti bəyan edib ki, əgər yaxın 50 gün ərzində Ukrayna ilə bağlı heç bir irəliləyiş əldə olunmasa, Rusiya ilə ticarət əlaqələri olan ölkələrdən idxala 100 faizədək gömrük rüsumları tətbiq ediləcək. Avropa İttifaqı bu addımları qeyri-kafi sayıb və Vaşinqtonun bütün mümkün sanksiya alətlərindən istifadə etməməsindən narahatlığını ifadə edib.

Eyni zamanda Tramp Avropada yerləşdirilməsi üçün Ukraynaya 17 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi veriləcəyini açıqlayıb. Bu sistemlərin maliyyəsinin Avropa müttəfiqləri tərəfindən qarşılanacağı bildirilib.

Qiymət Mahir

tag: Avropa,ABŞ , Donald Tramp ,Ukrayna ,Todaypress.tv,