Tramp: "Qəzza ilə bağlı danışıqlarda İran da iştirak edir"
ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında atəşkəsin bərpası və girov mübadiləsi ilə bağlı aparılan danışıqlarda ABŞ, İsrail və HƏMAS-la yanaşı, İran da iştirak edir.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən dəyirmi masa zamanı çıxışında deyib. Onun çıxışını "C-Span" telekanalı yayımlayıb.
Tramp məsələ ilə bağlı ətraflı məlumat verməsə də, ABŞ-nin əsas məqsədinin HƏMAS tərəfindən saxlanılan girovların azad olunması olduğunu vurğulayıb:
“Hazırda ABŞ, HƏMAS və İsrail arasında Qəzza üzrə genişmiqyaslı danışıqlar gedir. İran da bu prosesdə iştirak edir. Görək Qəzzada nə baş verəcək”, – deyə Tramp bildirib.
Qiymət Mahir