Tramp: “Putin sona qədər getmək istəyir"

Dünya

05.07.2025 10:50

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə vəziyyəti “çox mürəkkəb” adlandırıb və Rusiya Prezidenti Vladimir Putinlə 3 iyulda baş tutan telefon danışığından narazı qaldığını bildirib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Tramp bu fikirləri 4 iyul tarixində Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra, təyyarəsində jurnalistlərlə söhbətində səsləndirib. 

Amerikalı lider Zelenski ilə söhbətin çox strateji xarakter daşıdığını bildirib, lakin müzakirə olunan məsələlərin detalları barədə açıqlama verməyib. Tramp sadəcə fərqli mövzuların müzakirə olunduğunu deyib və söhbətin yaxşı keçdiyini vurğulayıb.

Putinlə əvvəlki gün baş tutan danışıya münasibət bildirən Tramp deyib:

“Putin sona qədər getmək istəyir. Bu, yaxşı hal deyil”.

Tramp əlavə edib ki, Moskvanın münaqişənin həlli üçün real hazırlıq içində olduğuna şübhə ilə yanaşır.

Qiymət Mahir

tag: Vladimir Putin,Donald Tramp,ABŞ,Rusiya,Todaypress.tv,