Tramp-Putin görüşünün ləğvinin səbəbi açıqlandı: "Financial Times" nəşri yazır...
Dünya
31.10.2025 12:19
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü Moskvanın Ukrayna ilə bağlı “sərt tələbləri” səbəbilə ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə"Financial Times" nəşri yazıb.
Mənbələrin sözlərinə görə, Moskvanın mövqeyi həddindən artıq sərt olub və bu, Vaşinqton üçün qəbuledilməz sayılıb. Bildirilib ki, ikitərəfli sammitin ləğvi qərarı “gərgin” diplomatik telefon danışığından sonra verilib.
Qeyd edək ki, oktyabrın 16-da Tramp və Putin telefon danışığından sonra yaxın iki həftə ərzində görüşməyə hazır olduqlarını açıqlamışdılar.
Görüşün Budapeştdə keçirilməsi planlaşdırılırdı və onun təşkili ilə ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov məşğul olmalı idilər.
Lakin Tramp sonradan sammiti ləğv edib. Məlumatlara görə, Rusiya Ukraynadakı müharibənin dayandırılması ilə bağlı tələblərindən geri çəkilməyib. Tramp isə açıqlamasında “vaxtını boş yerə sərf etmək istəmədiyini” bildirib.
Bundan əlavə, oktyabrın 23-də ABŞ Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib və Moskvanı atəşi dərhal dayandırmağa çağırıb.
Tramp son açıqlamasında Putinlə yenidən görüşməyə hazır olduğunu, lakin bunun yalnız Ukrayna müharibəsinin başa çatdırılmasına dair razılaşma əldə ediləcəyi halda mümkün olacağını deyib. Kremlin sözçüləri isə Putinlə görüşün mümkünlüyünü təsdiqləsələr də, hələlik tarix müəyyən edilməyib.
Aysel Mətləb
tag: ABŞ ,Rusiya,Tramp,Putin,Todaypress.tv,
 
        
 
                                ![İranın Silahlı Qüvvələrinin [[Rabitə Mərkəzinə zərbə]] endirildi](/uploads/news/685050bf81d31.webp) 
                                            ![[[Dünyanın ən stresli şəhərinin]] adı açıqlandı](/uploads/news/688c95835fa89.webp) 
                                            ![İrəvanda naməlum şəxs [[polis avtomobilini oğurlayaraq]] qaçdı](/uploads/news/68694cc2a78ab.webp) 
                                            ![Aİ Ukraynada [[40 kilometrlik bufer zona]] yaradacaq](/uploads/news/68b13ceb9ff46.webp) 
                                            ![Ermənistan Yaxın Şərq Sülh Sammitində [[iştirak edəcək]]](/uploads/news/68ebd3374744e.webp) 
                                            ![Hindistanda musson yağışları fəlakətə səbəb olub: [[125 nəfər öldü]]](/uploads/news/687e0efdd2c66.webp) 
                                            ![Suriya hökuməti və SDQ arasında [[atəşkəs əldə olundu]]](/uploads/news/68e505e948650.webp) 
                                            ![İki Şərqi Avropa ölkəsi [[Aİ-yə qoşula bilər]]](/uploads/news/68ae9abc2c296.webp) 
                                            ![[[Paşinyan]] Rusiyaya səfər edəcək](/uploads/news/687fd77999497.webp) 
                                            ![Zelenski Maya Sandunu [[təbrik etdi]]](/uploads/news/68da573423974.webp) 
                                            