Tramp: "Kamboca ilə Tailand arşında sülh sazişi imzalandı"
Dünya
26.10.2025 09:30
Donald Tramp Kamboca və Tailand arasında sülh sazişinin imzalandığını elan edib.
TodayPress TV xəbər verir ki, Prezident bu barədə məlumatı sosial media hesabında paylaşıb.
Asiya turu çərçivəsində Malayziyada səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kamboca və Tailand arasında sülh sazişi imzalanıb.
Səfər zamanı Malayziya ilə ticarət sazişinin imzalanması da nəzərdə tutulur. Tramp ASEAN sammitində iştirak edəcək və region ölkələrinin liderləri ilə danışıqlar aparacaq.
ABŞ Prezidenti daha sonra Yaponiyaya yollanacaq, burada ticarət və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Ardınca Cənubi Koreyada keçiriləcək Asiya və Sakit Okean hövzəsi ölkələrinin sammitinə qatılacaq və Çin Prezidenti Si Cinpinlə görüşü planlaşdırılır.
Qeyd edək ki, Kamboca ilə Tailand arasında yayda baş verən sərhəd toqquşmaları 40-dan çox insanın ölümünə səbəb olmuşdu. Tərəflər Donald Trampın vasitəçiliyindən sonra atəşkəs razılaşmasına nail olublar.
Jalə Rövşən
tag: Donald Tramp ,Kamboca,Tailand,sülh sazişi,Toaypress.tv,
