Suriya 1974-cü il razılaşmasına qayıtmaq istəyir
Dünya
30.06.2025 08:00
Suriya İsraillə dolayı danışıqlar zamanı 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması razılaşmasına qayıtmaq və ölkə ərazisinə edilən hücumların dayandırılmasına nail olmaq istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti Suriya hakimiyyətinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, tərəflər arasında yeni bir təhlükəsizlik razılaşmasının əldə olunması ehtimalı var və bu da gələcəkdə hərtərəfli sülh sazişinin yolunu aça bilər.
Bununla belə, mənbənin sözlərinə görə, İsraillə tammiqyaslı sülh razılaşmasının imzalanması bu mərhələdə real hesab olunmur.
Həmsöhbət əlavə edib ki, regionda vəziyyət çox sürətlə dəyişir və Dəməşq ümid edir ki, ərəb dövlətləri Suriya suverenliyini qoruyacaq bir razılaşmanın əldə olunmasında vasitəçi rolunu oynayacaqlar.
Qiymət Mahir
tag: Suriya,İsrail,Danışıq,Razılaşma,Todaypress.tv,