Suren Papikyan Fransa səfiri ilə görüşdü
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dikotin ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüş zamanı Ermənistan ilə Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparıblar.