Sinqapurda pərakəndə satışlar may ayında artdı
Dünya
04.07.2025 18:45
Sinqapurun pərakəndə satışları 2024-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb. Bu göstərici aprel ayındakı 0,2 faizlik artımdan sonra müsbət tendensiyanın davam etdiyini göstərir.
TodayPress TV xəbər verir ki, məlumat Sinqapur Statistika Departamenti tərəfindən açıqlanıb.
Mövsümi düzəlişlər nəzərə alındıqda, may ayında pərakəndə satışlar əvvəlki ayla müqayisədə 1,0 faiz yüksəlib. Ay ərzində ümumi pərakəndə satış dəyəri 4,2 milyard Sinqapur dolları (təxminən 3,32 milyard ABŞ dolları) təşkil edib. Onlayn satışlar ümumi satışların 12,3 faizini təşkil etsə də, bu göstərici aprel ayındakı 12,7 faizlə müqayisədə bir qədər aşağı olub.
Eyni dövrdə Sinqapurun qida və içki xidmətləri sektorunda da 1,4 faiz artım qeydə alınıb. Bu, apreldəki 1,3 faizlik artımın davamı olaraq sektorda sabit böyümə tendensiyasını göstərir. May ayında bu sahədə ümumi satış dəyəri 1 milyard Sinqapur dolları səviyyəsində qiymətləndirilib.
Qiymət Mahir
tag: Sinqapur,ABŞ ,Satış,İçki,Todaypress.tv,