Si Cinpin: "Çin və Aİ qarşılıqlı etimadı dərinləşdirməlidir"
Dünya
24.07.2025 10:07
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və Avropa İttifaqı (Aİ) arasında ikitərəfli etimadın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "CCTV"yə verdiyi açıqlamasında danışıb.
Sədr bildirib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər ortaq zəmin tapa biləcək gücdədir. Onun sözlərinə görə, dünyada artan qeyri-sabitlik fonunda Çin və Aİ liderləri elə strateji qərarlar qəbul etməlidirlər ki, bu qərarlar həm xalqların gözləntilərinə cavab versin, həm də uzunmüddətli dözümlülük nümayiş etdirsin.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının yeni sədri Antonio Kosta hazırda Çində rəsmi səfərdədirlər və ölkə rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirirlər.
Töhfə Səməd
tag: Çin ,Si Cinpin,Avropa İttifaqı ,Avropa Komissiyası,Todaypress.tv,