Serbiya Aİ-yə inteqrasiyanı davam etdirəcək
Dünya
26.10.2025 15:30
Serbiyanın Baş naziri Duro Macut ölkəsinin Avropa İttifaqına inteqrasiyasını vətəndaşlar üçün daha yaxşı gələcəyin təminatı adlandırıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, o, Serbiyanın Avropa yoluna və Qərbi Balkanlarda mehriban qonşuluq, sülh və sabitlik siyasətinə sadiq qaldığını bildirib.
Baş nazir qeyd edib ki, qlobal çətinliklər fonunda sabit region və açıq dialoq Avropa üçün ən güclü mesajdır. Onun sözlərinə görə, Serbiya Londonda keçirilən Berlin Prosesi Zirvəsində iştirak etməklə bu mesajı bir daha vurğulayıb.
Duro Macut əlavə edib ki, enerji, yaşıl keçid və rəqəmsal bağlantı kimi sahələrdə konkret layihələr müzakirə olunub, region ölkələrinin vahid Avropa bazarına inteqrasiyası prioritet istiqamət olaraq qalır.
Jalə Rövşən
tag: Serbiya,Duro Macut,Avropa İttifaqına inteqrasiya,Berlin Prosesi Zirvəsi,Todaypress.tv,
