Almaniya XİN rəhbəri Zelenski ilə görüşəcək
Dünya
30.06.2025 17:12
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukrayna prezidenti Volodimir Zelenski ilə silahların birgə istehsalı sahəsində əməkdaşlıq yolunda mövcud olan problemləri müzakirə edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Nazirin sözlərinə görə, tərəflər əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur və Almaniyanın müdafiə sənayesi şirkətlərinin Ukraynada daha fəal iştirakına ehtiyac var.
O, Zelenski ilə keçiriləcək görüşdə Almaniya müdafiə sənayesinin nümayəndələrinin də iştirak edəcəyini və bu məsələlərin birgə şəkildə müzakirə olunacağını qeyd edib.
Bundan əlavə, Vadeful və Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa İttifaqı ölkələrinə məktub göndərərək, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin ötürülməsi üçün çıxış yolları tapılmasını xahiş ediblər.
Nazir bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün tezliklərdə və bütün yüksəkliklərdə ölkəni müdafiə edə bilən daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Türkan İsgəndərli
tag: Almaniya,Ukrayna,Nazir,XİN,Todaypress.tv,