Quterreş Trampla görüşəcək
Dünya
15.09.2025 21:25
BMT Baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Trampla görüşəcək.
TodayPress TV-nin məlumata görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ikitərəfli görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də start götürəcək. Ənənəyə uyğun olaraq, açılış nitqi ilə Braziliya prezidenti çıxış edəcək, daha sonra isə ABŞ Prezidenti Donald Tramp tribuna arxasına keçəcək.
Bu il 80-ci dəfə keçiriləcək "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkənin dövlət və hökumət başçıları, eləcə də bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.
tag: BMT, ABŞ, Tramp, Quterreş, todaypress.tv,