Sandu "Telegram"ı ittiham etdi

Dünya

30.07.2025 12:53

Moldova prezidenti Maya Sandu "Telegram" platformasını dövlətin tələblərinə məhəl qoymamaqda və ölkənin təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. Onun sözlərinə görə, "Telegram"da gizli qruplar vasitəsilə etiraz aksiyalarına çağırışlar edilir, iştirak üçün pul vədləri verilir və seçicilərə rüşvət təklif olunur. 

TodayPress TV xəbər verir ki, bu hallar ötən ilki seçkilərdə müşahidə edilib və indi də davam edir.

Sandu bildirib ki, "Telegram" ilə hökumətin əlaqə yaratması mümkün olmayıb, hətta saxta məlumatlar və korrupsiya barədə müraciətlərə belə cavab verilmir. Prezident, eyni zamanda, "TikTok", "Facebook" və "Instagram" kimi platformalarda da dezinformasiya riski olduğunu qeyd edib. Lakin bu platformalarla müəyyən səviyyədə əlaqə qurulduğunu və gələcəkdə əməkdaşlığın mümkün olduğunu əlavə edib.

Qeyd edək ki, Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib. Sorğulara əsasən, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlamentdəki çoxluğu qoruyub saxlaya bilməyəcəyi gözlənilir. 

Türkan İsgəndərli

tag: Moldova ,Telegram,Sandu,Kibertəhlükəsizlik,Todaypress.tv,