Saatlıq “nənə kirayəsi” xidməti yaradıldı
Dünya
21.07.2025 09:32
Yaponiyada “OK Grandma” (“OK Nənə”) adlı qeyri-adi bir xidmət vasitəsilə vətəndaşlar təcrübəli yapon nənələri saatlıq ödənişlə kirayələyə bilirlər.
TodayPress TV xəbər verir ki, bu xidmət, “Client Services” adlı şirkət tərəfindən təqdim olunur və təmizlik, uşaq baxımı, ev işləri, tədbirlərdə iştirak kimi geniş sahələri əhatə edir.
2012-ci ildən fəaliyyət göstərən xidmətə 60-94 yaş arası qadınlar daxildir. Hər saat üçün ödəniş 3 300 yen (39.10 AZN) təşkil edir. Nənələr yalnız praktik yardımlar göstərməklə kifayətlənmirlər – onlar eyni zamanda emosional dəstək verir, həyat təcrübəsi və dinləmə bacarığı ilə müşahidəçi və yolgöstərən rolunu da oynayırlar.
Şirkətin rəsmi açıqlamasında bildirilir: “Yaşla gələn ən böyük dəyər, kiçik şeylərə sarsılmamaqdır. Fiziki cəhətdən gənclərlə yarışa bilməsələr də, təcrübə və şəfqət onların əvəzsiz gücüdür”.
Qeyd edək ki, şirkət bununla yanaşı “Orta yaşlı kişi kirayəsi” (Ossan Rental), “Kök insan kirayəsi” (Debucari) və “Peşəkar münasibət sonlandırma xidməti” (Wakaresaseya) kimi qeyri-adi xidmətlər də təklif edir.
Töhfə Səməd
tag: Yaponiya,OK Grandma,Yaş,Todaypress.tv,