Ruttedən “ata” ifadəsinə açıqlama
Dünya
26.06.2025 09:45
NATO-nun yeni Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla bağlı səsləndirdiyi “ata” ifadəsinin kontekstdən çıxarıldığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ruttenin sözlərini “Reuters” agentliyi yayıb.
Baş katib izah edib ki, sözügedən ifadə ABŞ prezidentinə ünvanlanmayıb və ümumi metaforik kontekstdə işlədilib.
“Avropada tez-tez eşidirəm ki, ölkələr məndən soruşurlar: "Mark, ABŞ bizimlə qalacaqmı?" Mən də cavab verirəm ki, bu, bir az balaca uşağın atasından "Ata, sən bizimlə qalacaqsan?’ deyə soruşmasına bənzəyir. Burada "ata" sözünü məhz bu mənada işlətdim, Trampı belə adlandırmamışam”, – deyə Rutte vurğulayıb.
O, əlavə edib ki, Avropa ölkələri Rusiyanın addımları və Vaşinqtonun müdafiə xərclərinin artırılması tələbləri fonunda artıq “böyüməyə başlayıblar”.
Qiymət Mahir
tag: NATO,Rutte,Avropa,ABŞ,Todaypress.tv,