Rusiyanın Ukraynadakı döyüş itkilərinin sayı açıqlandı
Dünya
16.09.2025 16:26
Rusiya 24 fevral 2022-ci il və 16 sentyabr 2025-ci il tarixləri arasında Ukraynada təxminən 1.096.430 itki verib.
Todaypress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yazıb.
Belə ki, son 24 saat ərzində 910 əsgər ölüb, o cümlədən yaralananlar var.
Genişmiqyaslı müharibə başlayandan andan Ukraynanın müdafiə qüvvələri 11 184 Rusiya tankını, 23 274 (+5) zirehli döyüş maşını, 32 810 (+26) artilleriya sistemi, 1 490 (+2) çoxsaylı reaktiv yaylım atəşi sistemi, 1 217 zenit sistemi, raket atış qurğusunu və raket döyüş gəmisini məhv edib.
Rusiya ordusu, həmçinin 422 döyüş təyyarəsi, 341 helikopter, 59 719 (+310) taktiki pilotsuz uçuş sistemi, 28 döyüş gəmisi, 1 sualtı qayıq, 61 770 (+72) hərbi və yanacaq daşıyan maşın, 3965 ədəd də xüsusi texnika itirib.
Jalə Rövşən
tag: Rusiya,Ukrayna,İtki,Müharibə,Todaypress.tv,