Rusiyanın Ukrayna ilə danışıqlarda heyəti açıqlandı
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar iyulun 24-də İstanbulda baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilir ki, Rusiya tərəfinin nümayəndə heyətində dəyişiklik olmayıb. Danışıqlar qrupuna dörd əsas üzv və dörd ekspert daxildir.
Danışıqların məqsədi gərginliyi azaltmaq və mövcud münaqişəyə siyasi həll yolları tapmaqdır. Görüşlə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanması gözlənilir.
Türkan İsgəndərli