Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın məhbusu dəyişdirəcək - YENİLƏNDİ
Dünya
23.07.2025 23:30
Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın məhbusu dəyişdirəcək.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.
***
22:50
İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib.
Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib. Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq.
tag: Rusiya, Ukrayna, Türkiyə,Hərbiçi,Mülki Şəxslər, todaypress.tv,