Tramp Netanyahuya çağırış etdi
Dünya
11.09.2025 13:30
Tramp Netanyahudan Qətərə yeni zərbələr endirməməyi tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta” nəşru məlumat yayıb.
Belə ki, ABŞ Prezidenti Donald Tramp İsrailin baş nazirindən Qətərə yeni zərbələr endirməməyi öhdəsinə götürməsini tələb edib.
Mənbə bildirib ki, İsrail baş naziri zərbələrdən əvvəl Amerika lideri və ya onun heç bir müşaviri ilə məsləhətləşməyib.
Mənbələr Trampın Netanyahuya dediyi sözləri sitat gətirib:
"Bu, qəbuledilməzdir. Sizdən bunu təkrarlamamağınızı tələb edirəm".
Qeyd edək ki, sentyabrın 9-da Dohada bir neçə partlayış baş verib.
Qətərin baş naziri ölkənin suverenliyinin pozulmasına dözməyəcəyini və hücumdan sonra İsrailə hüquqi cavab verilməsi üzərində işlərin artıq başladığını bildirib.
Orxan Saffari
tag: Qətər,Doha,Tramp,Netanyahu,Todaypress.tv,