Rusiya və Belarus Almatıda hərbi əməkdaşlığı müzakirə etdi

Dünya

31.10.2025 10:12

Rusiya və Belarusun müdafiə nazirləri Andrey Belousov və Viktor Xrenin Almatıda ikitərəfli görüş keçiriblər.

TodayPress TV xəbər verir ki, görüş MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. 

Belarus Müdafiə Nazirliyinin “Telegram” kanalında bildirilib ki, tərəflər hərbi əməkdaşlığın aktual istiqamətlərini müzakirə ediblər.

Məlumata görə, Minsk və Moskva arasında hərbi əlaqələr strateji xarakter daşıyır və bu görüş iki ölkə arasında mövqelərin uzlaşdırılması üçün daha bir fürsət olub.

Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri Valeri Revenko “X” sosial şəbəkəsində yazıb ki, müzakirələrin əsas mövzusu Qərb tərəfindən artan gərginlik fonunda İttifaq Dövlətinin təhlükəsizliyinin gücləndirilməsi olub.

Qiymət Mahir

TodayPress TV

tag: Rusiya,Belarus,Almatı,Görüş,Todaypress.tv,