Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü!
Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.
TodayPress TV Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.
"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.
Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.