Rusiya raketlərinin Madrid və London üçün riski barədə xəbərdarlıq edildi

Dünya

13.09.2025 11:45

“Rusiya raketləri London və ya Madridə sürətlə çata bilər. Ona görə də müvafiq təhlükə təkcə NATO-nun şərq hissəsi üçün deyil”. 

TodayPress TV xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte “Şərq gözətçisi” əməliyyatının başlandığını elan etdiyi mətbuat konfransında deyib.

"Ümumiyyətlə, bilirsiniz ki, mən "şərq cinahı" baxımından düşünmək kimi bütün bu konsepsiyanı bəyənmirəm. Çünki bu, belə bir təəssürat yaradır ki, əgər mən Madriddə və ya Londonda yaşasam, Tallinndə yaşamaqdan daha təhlükəsizəm. Bu, doğru deyil. Çünki yeni rus raketləri buraxılandan cəmi on dəqiqə sonra Londona çatacaqlar”, - Rutte bildirib.

Onun sözlərinə görə, NATO üzvləri vəziyyəti elə qəbul etməlidirlər ki, sanki alyansın bütün ölkələri şərq cinahda yaşayır.

Qeyd edək ki, sentyabrın 12-də Rutte təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin və hərbi kontingentlərin Polşaya və şərq cinahdakı digər ölkələrə - Belarus və Rusiya sərhədlərinə daha yaxın ərazilərə köçürülməsini nəzərdə tutan "Şərq Sentinel" əməliyyatının başlandığını elan edib.

Orxan Saffari

TodayPress TV

tag: Rusiya,Raket,London,Madrid,Todaypress.tv,