Rusiya bazarında İran məhsullarını bahalaşdı
Dünya
25.06.2025 11:15
Yaxın Şərqdə eskalasiya fonunda Rusiyada İran mənşəli meyvə-tərəvəzlərin qiyməti kəskin şəkildə artıb.
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, ən çox bahalaşan məhsullar İran albalısı və gilası olub – onların pərakəndə satış qiyməti orta hesabla 25% yüksəlib.
“Aysberq” kahısı, kərəviz və ərik isə təxminən 15% bahalaşıb.
Satıcıların bildirdiyinə görə, qiymət artımının əsas səbəbi bölgədəki hərbi risklərdir. Raket hücumları fonunda sürücülər Yaxın Şərqdən Rusiyaya məhsul daşınmasından imtina etməyə başlayıblar. Bu da yükdaşıma xərclərinin artmasına səbəb olub – əvvəllər bir yük maşını üçün nəqliyyat xərci 300 min rubl idisə, indi bu rəqəm 500 min rubla qədər yüksəlib.
Əvvəllər İran məhsullarının Rusiyaya çatdırılması 7 gün çəkirdisə, hazırda bu müddət 3 həftəyə qədər uzanıb. Ləngiməyə səbəb kimi regionda rabitə problemləri və alternativ, lakin daha uzun marşrutların seçilməsi göstərilir.
Qiymət Mahir
tag: Rusiya,İran,Meyvə,Tərəvəz,Todaypress.tv,