Rumıniya prezidenti ucuz aviaşirkətlə səyahət etdi
Dünya
15.07.2025 17:19
Rumıniya Prezidenti Nikuşor Danın İtaliyanın Milan şəhərinə büdcə aviaşirkəti "Ryanair"lə səyahət etdiyi görüntülənib.
TodayPress TV xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.
Məlumata görə, prezident Dan təyyarədə sıravi sərnişin kimi oturarkən təsadüfi sərnişinlərdən biri tərəfindən görüntülənib. Qadın sərnişin əvvəlcə Danın qızı ilə yanaşı oturmaq üçün əlavə ödəniş etdiyini zənn etsə də, daha sonra bu ehtimaldan imtina edib və yer bölgüsünün avtomatik aparıldığını bildirib.
Prezidentin yanında təhlükəsizlik məqsədilə bir mühafizə zabitinin də olduğu qeyd edilib. Səfər iyulun 14-də, bazar ertəsi axşam saatlarında baş tutub.
Nikuşor Danın səfəri rəsmi elan olunmayıb. Bununla belə, prezidentin rəsmi təqviminə əsasən, o, 18 iyul tarixində Almaniyaya səfər edəcək və kansler Fridrix Mertslə görüşəcək.
Qiymət Mahir
tag: Rumıniya ,Nikuşor Dan,İtaliya,Milan,Todaypress.tv,