Qonşu ölkələr İsrail-İran qarşıdurmasından narahatdır
Dünya
16.06.2025 17:30
İranla həmsərhəd olan dövlətlər İsrailin hərbi əməliyyatlarından narahatdır və bu münaqişəyə cəlb olunmaq istəmirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinin fikrincə, İranın cavab zərbələri nəticəsində regiondakı neft obyektləri və infrastruktur hədəfə çevrilə bilər. Lakin Tehran iki il ərzində qurmağa çalışdığı qonşuluq münasibətlərini pozmaq istəmir. Bununla belə, bəzi region ölkələrinin gizli şəkildə İranın nüvə proqramını sıradan çıxarmaq cəhdlərini alqışladıqları bildirilir. Həmin dövlətlər bu proqramın əleyhinə olduqlarını əvvəllər də açıq şəkildə ifadə ediblər.
"Bloomberg"in danışdığı rəsmilərdən biri İranın hücumlarının İsraildən başqa digər ölkələri əhatə edəcəyinə şübhə ilə yanaşdığını bildirib.
Töhfə Səməd
tag: İran,Sərhəd,İsrail,Hərbi əməliyyat,todaypress.tv,