Qazaxıstanda niqab qadağası təsdiqləndi
Dünya
26.07.2025 10:45
Qazaxıstan hakimiyyəti üzü tam örtən niqab və oxşar geyimlərin geyinilməsini qadağan edib. Bu qərar ictimai təhlükəsizliyin və asayişin təmin edilməsi ilə əsaslandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Polisia.kz" hüquq-mühafizə portalı yayıb.
Rəsmilər bildiriblər ki, qanun insanların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunmadan, şəxsiyyətin müəyyənləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır.
Qadağa əlverişsiz hava şəraiti, tibbi səbəblər, hüquq-mühafizə orqanlarının forması və ya idman və mədəni tədbirlər zamanı tətbiq edilmir.
Yeni qanun hicab və şila kimi üzü örtməyən dini geyimlərə şamil olunmur.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyun ayında bu qadağanı təsdiqləyən qanunu imzalayıb.
Türkan İsgəndərli
tag: Qazaxıstan,Niqab,Hicab,Tokayev,Todaypress.tv,