Qaqauziyada Qutsulun azadlığa buraxılması tələbi ilə mitinq keçirildi

Dünya

03.08.2025 20:15

Minlərlə Qaqauziya sakini muxtar bölgənin rəhbəri Yevgeniya Qutsulun dəstəklənməsi məqsədilə Komrat şəhərində mitinqə toplaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qaqauziya rəhbərinin müşaviri Mixail Vlax məlumat verib.

Vlaxın sözlərinə görə, Qutsulun Kişinyovda saxlanılması və ev dustaqlığına məhkum olunması bölgədə narazılığa səbəb olub:

"Polisin yaratdığı maneələrə baxmayaraq, mitinqə təxminən 5 min vətəndaş qatılıb. Biz buraya toplaşaraq, Kişinyov hakimiyyətinin Qaqauziyaya qarşı qanunsuz və özbaşına hərəkətlərinə "yox" deməyə gəldik".

Vlax əlavə edib ki, polisin digər şəhərlərdən gəlmək istəyən vətəndaşların mitinqə qoşulmasına maneələr yaratdığını müşahidə ediblər. O, bu addımların arxasında ölkə prezidenti Maya Sandu və onun nəzarətində olan Hərəkat və Həmrəylik Partiyasının dayandığını iddia edib.

Töhfə Səməd 

tag: Qaqauziya,Qutsul,Maya Sandu,Moldova,Todaypress.tv,