Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur

Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur
28.06.2026 21:10 Dünya

Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaqla bağlı problemlərin olduğunu etiraf edib.

TodayPress TV-nin məlumatına görə, Putin bildirib ki, ehtiyatlardan istifadə edilməsinə baxmayaraq, hazırda benzin ehtiyatları ötən ilin eyni dövrü ilə demək olar ki, eyni səviyyədədir.

O qeyd edib ki, təəssüf ki, yanacaqdoldurma məntəqələrində növbələr yaranır və lazım olan markada benzini hər zaman tapmaq mümkün olmur.

Putinin sözlərinə görə, hazırda dizel yanacağının ixracına tam qadağa qoyulması məsələsi də müzakirə edilir.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər