Putin Trampla bir saat telefonla danışdı - YENİLƏNDİ
Dünya
03.07.2025 20:50
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı təxminən bir saat davam edib.
TodayPress TV “TASS” a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən söhbət indicə başa çatıb”, - diplomat paylaşıb.
17:34
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla iyulun 3-də danışacağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə prezident adminstrasiyası məlumat yayıb.
Prezidentlərin əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli, eləcə də Rusiya ilə ABŞ arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafıdır.
Türkan İsgəndərli
tag: Rusiya,ABŞ,Putin,Tramp,Todaypress.tv,