ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edilməsinin təfərrüatlarını açıqladı
Dünya
01.07.2025 09:49
ABŞ administrasiyası Suriyaya qarşı ləğv edilmiş sanksiyaları yenidən tətbiq etmək hüququnu özündə saxlayır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müvəqqəti müavini Bred Smit "The Hill" nəşrinə açıqlamasında bildirib.
“Amerika Birləşmiş Ştatları maraqlarına və təhlükəsizliyinə təhlükə yarandığı hallarda daim ayıq olacaq. ABŞ Xəzinədarlığı beynəlxalq və milli maliyyə sistemlərini qorumaq üçün səlahiyyətlərindən tərəddüdsüz istifadə edəcək”, – deyə Smit vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton Suriyanın gələcəyinə və yeni hökumətinə ümidlə baxsa da, bölgədə sülhə qarşı hələ də ciddi təhlükələrin mövcud olduğunu nəzərə alır.
Qiymət Mahir
tag: ABŞ,Suriya,Vaşinqton,Sanksiya,Todaypress.tv,