Putin Şimali Koreyanın xarici işlər naziri ilə görüşdü
Dünya
27.10.2025 17:48
Rusiya Prezidenti Vladimir Putin Kremldə Şimali Koreyanın xarici işlər naziri Çoi Son-hui ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, görüş zamanı Putin Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ən xoş arzularını çatdırdığını bildirib.
Prezident qeyd edib ki, yaxın zamanda Pekinə səfəri zamanı Kim Çen Inla iki ölkə arasındakı münasibətləri və onların gələcək inkişafını müzakirə edib.
Görüşdən bir neçə saat əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Çoi Son-hui ilə danışıqlar aparıb. Rusiya səfirliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələrini və beynəlxalq məsələləri müzakirə ediblər.
Lavrov bildirib ki, son üç ay yarımda iki ölkə liderlərinin razılaşmaları Rusiya-Şimali Koreya əlaqələrinin inkişafına ciddi təkan verib.
Türkan İsgəndərli
tag: Rusiya,Şimali Koreya,XİN,Putin,Todaypress.tv,
