Polşa və Ukrayna PUA sahəsində müqavilə imzalayacaq
Dünya
18.09.2025 16:04
Polşa və Ukrayna pilotsuz uçuş aparatları (PUA) texnologiyaları sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevə səfəri zamanı açıqlama verib.
Nazir bildirib ki, gələcək sənəd Ukraynanın döyüş təcrübəsinə əsaslanaraq birgə təşəbbüslərin inkişafını və hərbi personalın hazırlanmasını nəzərdə tutur. O vurğulayıb ki, Ukraynada toplanmış biliklər Polşa ordusunun və NATO-nun modernləşdirilməsi üçün böyük əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Polşa nümayəndə heyəti Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıqal, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və digər rəsmilərlə görüşlər keçirib. Həmçinin nazir Bıkovniyada yerləşən Polşa hərbi qəbiristanlığını ziyarət edib.
Türkan İsgəndərli
tag: Polşa,Ukrayna,PUA,Kamış,Todaypress.tv,