Polşa Belarusla sərhəddə tikanlı məftillər çəkir

Dünya

12.09.2025 10:41

Polşa hakimiyyəti Belarusla sərhəd keçid məntəqələrindən birində tikanlı məftillər və şlaqbaumlar quraşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Polşa yerli vaxtla saat 1:00-da Belarusun “Brest” keçid məntəqəsindən nəqliyyatın qəbulunu dayandırıb. Polşa təhlükəsizlik qüvvələri keçid məntəqəsində tikanlı məftillər çəkib, həmçinin metal hasar qurublar.

Qeyd edək ki, sentyabrın 9-da Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski qeyd edib ki, ölkə hakimiyyəti sentyabrın 12-nə keçən gecə Belarusla sərhədi müvəqqəti bağlayacaq. Buna səbəb isə Rusiya-Belarus birgə “Qərb-2025” təlimləri olub. Bununla əlaqədar Belarus hakimiyyəti dövlət sərhədindən nəqliyyatın hərəkətinin dayandırılmasına etiraz edib.

Orxan Saffari

TodayPress TV

tag: Polşa,Belarus,Sərhəd,Məftil,Todaypress.tv,