İran ABŞ-yə ultimatum verdi
Dünya
31.07.2025 10:59
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ İranla danışıqları bərpa etmək istəyirsə, ölkəyə vurduğu ziyana görə təzminat ödəməli və gələcəkdə belə hücumların təkrarlanmayacağına zəmanət verməlidir.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində deyib.
"Onlar danışıqların ortasında niyə bizə hücum etdiklərini izah etməli və bunu bir daha etməyəcəklərinə söz verməlidirlər. Həmçinin İrana dəymiş ziyanı ödəməlidirlər", – deyə Əraqçi vurğulayıb.
Nazir qeyd edib ki, ABŞ-nin İsraillə birgə qısa müddətə qoşulduğu 12 günlük münaqişədən sonra İran artıq əvvəlki kimi davranmayacaq və vəziyyətlə barışmayacaq.
Bundan əvvəl məlum olub ki, ABŞ İsrail və İran arasında baş verən 12 günlük qarşıdurma zamanı müasir "THAAD" raketdən müdafiə sistemlərinin ehtiyatının dörddə birini itirib. Bildirilir ki, raketlərin bu sürətlə istehlakı onların istehsal tempini xeyli üstələyib və ABŞ-nin müdafiə sistemində boşluqların olduğunu göstərib.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Ultimatum,Əraqçi,Todaypress.tv,