Pezeşkianın İrəvana səfəri planlaşdırılır

Pezeşkianın İrəvana səfəri planlaşdırılır
27.05.2025 00:14 Dünya

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri planlaşdırılır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəis müavini Səid Xətibzadə məlumat verib.

“Hazırda ölkə rəhbərinin İrəvana səfərini planlaşdırırıq. Paytaxtlar arasında siyasi məsləhətləşmələr gedir”, - o bildirib.

Lakin o, İran liderinin səfərinin dəqiq nə vaxt baş tuta biləcəyini açıqlamayıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər