Paşinyan Putinlə görüşün tarixini açıqlamadı
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşün dəqiq tarixini açıqlamayıb.
TodayPress TV xəbər verir ki, jurnalistlərin yaxın vaxtlarda keçirilməsi gözlənilən görüşün nə vaxt baş tutacağı ilə bağlı sualını cavablandıran Paşinyan dövlət liderləri üçün "yaxın vaxt" ifadəsinin konkret gün və ya həftə demək olmadığını bildirib.
"Bu görüş baş tutacaq, lakin hazırda onunla bağlı təsdiqlənmiş tarix yoxdur", – deyə Ermənistanın baş naziri qeyd edib.