Paşinyan Artem Sucyanı beynəlxalq hüquq üzrə nümayəndə təyin etdi

Dünya

09.09.2025 17:03

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-dan etibarən Artem Sucyanı ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin rəhbəri təyin edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi məlumatında bildirilir.

Sucyan yeni vəzifəsində Liparit Drmeyanı əvəzləyəcək. Drmeyan avqustun 29-da tutduğu vəzifədən azad olunub. Ertəsi gün isə Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə yeni nümayəndəsi olaraq təyin edilib.

Ancaq təyinatdan əvvəl keçirilən brifinq zamanı maraqlı insident yaşanıb. 

Yeni təyin olunan Artem Sucyan əvvəllər Ermənistanın ədliyyə nazirinin müşaviri, daha sonra isə Baş nazirin müavini Mher Qriqoryanın köməkçisi vəzifələrində çalışıb. Onun beynəlxalq hüquq sahəsində təcrübəsi olduğu bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə,Artem Sucyan,Təyinat,Todaypress.tv,