Hindistan və Nepal sərhəddində gərginlik yaranıb
Dünya
09.09.2025 15:41
Hindistan hökuməti Nepalla həmsərhəd olan ərazini ölkədə hökumət əleyhinə qalxan etirazlar və iğtişaşlar səbəbindən gərgin vəziyyətə gətirib.
TodayPress TV xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Bildirilib ki, Nepalda davam edən iğtişaşlar fonunda Qərbi Benqaliyanın Panitanki şəhərində yüksək həyəcan siqnalı verilib, iki ölkə sərhədində patrul xidməti gücləndirilib. Bundan əlavə, orada polis postu yaradılıb.
Xatırladaq ki, sentyabrın 4-də Nepal hökuməti bir sıra sosial platformalara, o cümlədən “Facebook” və “Instagram” kimi sosial şəbəkələrə girişi məhdudlaşdırıb. Bu isə kütləvi etiraz aksiyaları təşkil edən vətəndaşların narazılığına səbəb olub. Mitinqlər zamanı insanlar avtomobilləri yandırıb, nəqliyyatın hərəkətini kəsib, hətta prezidentin, baş nazirin və digər siyasətçilərin iqamətgahlarını da yandırıblar. Sentyabrın 9-da ölkə hakimiyyəti məhdudiyyətləri aradan qaldırsa da, nümayişlər və iğtişaşlar dayanmayıb.
Aysel Mətləb
tag: Hindistan,Nepal,Gərginlik,Sərhəd,Todaypress.tv,