Pakistan Əfqanıstana xəbərdarlıq etdi
Dünya
26.10.2025 09:00
Pakistan Əfqanıstanla açıq müharibəyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, Pakistanın müdafiə naziri Xavaca Asif sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Əfqanıstanla “açıq müharibə”nin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
“Xavaca Asif bildirib ki, əgər razılaşma əldə olunmasa, Pakistan hərbi əməliyyatlara başlaya bilər, lakin onun fikrincə, tərəflər sülh istəklidir”.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında danışıqlar oktyabrın 25-də İstanbulda başlayıb.
Oktyabrın 9-dan etibarən iki ölkə arasında gərginlik artıb, tərəflər bir-birini bombalayıb və nəzarət-buraxılış məntəqələrini ələ keçiriblər. Daha sonra 48 saatlıq atəşkəs elan edilib və münaqişənin dialoq yolu ilə həllinə razılıq verilib.
Münaqişə tərəflərin bir-birini terrorçulara sığınacaq verməkdə ittiham etməsi fonunda genişlənib.
Həmçinin xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də vəziyyəti şərh edərək bildirib ki, Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalardan xəbərdardır, lakin hazırda başqa bir münaqişənin həlli ilə məşğuldur.
Jalə Rövşən
tag: Pakistan ,Əfqanıstan ,Xavaca Asif,Açıq müharibə,Todaypress.tv,
